Bakıda Polis Şöbəsinə kanalizasiya suyu doldu - VİDEO

12:15 14.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.

 

Hafta.az Avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib. 

 

Şöbədən bildirilib ki, artıq problem aradan qaldırılıb.